Ailə Məcəlləsi ilə bağlı Şamaxıda Vebinar keçirildi
Vebinarda Respublikanın müxtəlif şəhər və rayonlarından müəllimlər və 7-ci sinifdən yuxarı 100 nəfər olmaqla qız şagirdlər iştirak etdilər.
Baxmayaraq ki, qeydiyyatdan keçən 169 nəfər idi, lakin Zoom proqramının imkanları səbəbindən 100 nəfərin iştirakı mümkün oldu. Təlimçi Gənclərin Töhfəsi İctimai Birliyinin Hüquq Departamentinin rəhbəri Şahin Əliyev oldu. Şahin müəllim təlimdə iştirak edən xanımlara Ailə Məcəlləsi ilə bağlı əksər məsələləri izah etdi və çat bölməsinə gələn sualları cavablandırdı.
Nəzərinizə çatdırırıq ki, təlim başlayandan qurtaranadək iştirakçılar hiperaktivlik göstərdilər, suallara cavab tapdılar və sonda iştirakçıların təklifi ondan ibarət oldu ki, gələn Vebinarda müəllim və şagirdlərlə yanaşı, həm də valideynlər iştirak etsin. Biz bu təklifi yüksək səviyyədə dəyərləndiririk.
Şahin müəllimdən sonra erkən nigahın həm psixoloji, həm mənəvi və həm də bioloji cəhətdən orqanizmə ziyanları barədə Biologiya müəllimi Nuranə Məmmədova məlumat verdi.
Vebinarın təşkilinə görə Daşqın Ağayev, Əli Mahmudov və Şahin Əliyevə öz minnətdarlığımızı bildirir, Vebinar iştirakçılarına da xüsusi təşəkkür edirik.
Şəffaflıq.az
Facebook-da paylaş