Azərbaycanda daha 286 nəfər koronavirusa yoluxub, 639 nəfər sağalıb, 8 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb,  639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4 868-dir. Onlardan 272 nəfər reanimasiyadadır, 62 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727, ötən müddət ərzində isə ümumilikdə 738 963 test aparılıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}