Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 286 nəfər koronavirusa yoluxub, 639 nəfər sağalıb, 8 nəfər vəfat edib
Azərbaycanda daha 286 nəfər koronavirusa yoluxub, 639 nəfər sağalıb, 8 nəfər vəfat edib2-08-2020, 23:23 |
Azərbaycanda koronavirus infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4 868-dir. Onlardan 272 nəfər reanimasiyadadır, 62 nəfər isə süni tənəffüs aparatına qoşulub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727, ötən müddət ərzində isə ümumilikdə 738 963 test aparılıb. Şəffaflıq.az Geri qayıt |