Qalaktikamızda 30-dan çox sivilizasiyanın mövcudluğu ehtimal olunur
Şəffaflıq.az ted.az-a istinadən bildirir ki, öz hesablamalarında alimlər ən yeni astronomik məlumatları rəhbər tutub və bir çox parametrləri nəzərə alıblar. İntellektli sivilizasiyalar anlayışı altında mütəxəssislər texnoloji baxımdan inkişaf etmiş cəmiyyətləri nəzərdə tuturlar. Tədqiqatlara əsasən, 4-dən 211-ə qədər belə sivilizasiyanın mövcudluğu ehtimal olunur. Lakin alimlər 36 planetdə sivilizasiyanın mövcudluğunu daha həqiqətə uyğun hesab edirlər. Şüurlu varlıqların yaşaya biləcəyi kosmik cismlərə qədər olan məsafə ən azı 17 min işıq ili təşkil etdiyi düşünülür.
Facebook-da paylaş