Türkiyədə COVID-19-a yoluxanların sayı 184 mini ötdü

 


Türkiyədə son sutka ərzində koronavirusa 1 300-dən çox yoluxma qeydə alınıb.

Şəffaflıq.az bildirir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazir bildirib ki, son gün ərzində daha 21 nəfər COVID-19-dan ölüb.

“Bu gün 1 304 yoluxma qeydə alındı, virusa ümumi yoluxma 184 031 nəfərdir. Bu gün biz 21 pasiyent itirdik, ölənlərin ümumi sayı 4 882 nəfərdir. 

Bu gün 1 382 nəfər sağaldı, ümumi sağalma 156 022”, - deyə nazir özününü sosial şəbəkədəki hesabında yazıb. 




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}