“Brent” markalı neftin qiyməti 37,85 dollara enib

 


ABŞ-da yeni növ koronavirusa yoluxanların sayının artması fonunda xammala tələbatın yavaş artması ilə əlaqədar narahatlıqlar səbəbindən bazar ertəsi neft qiymətləri 2-3% enir.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hərrac sövdələşmələrinin nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə 08:47-yə olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 2,3% azalaraq 37,85 dollar/barelə düşüb. WTI markalı neftin iyul fyuçersləri isə 3,34% azalaraq 35,05 dollar/barelə çatıb.

ABŞ-da koronavirusa yoluxma hallarının artması virusun ikinci dalğası ilə bağlı narahatlıq yaradıb ki, bu da, öz növbəsində, yanacağa olan tələbatın bərpa tempinə əhəmiyyətli təsir göstərib.

Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 2 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 115 mindən çox insan ölüb.

“ABŞ-da son zamanlarda COVID-19 infeksiyasının yayılması və potensial ikinci dalğa ilə əlaqədar narahatlıqlar neft bazarına təzyiq göstərir”, - “Reuters” agentliyi “AxiCorp`s”un analitiki Stiven İnnesdən sitat gətirir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}