Belarusda koronavirusdan ölənlərin sayı 100-ü keçdi


 

Belarusda koronavirusa son sutkada 784 yeni yoluxma hadisəsi qeydə alınıb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada koronavirusdan daha 4 nəfər ölüb. Ölkə üzrə yoluxanların ümumi sayı 17 489-a, ölənlərin sayı isə 103-ə çatıb.


Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qələbənin 75 illik yubileyi münasibətilə mayın 9-da ölkədə keçiriləcək hərbi paradı təxirə salmayacaqlarını bildirib. Rusiyada isə bununla bağlı tədbir keçirilməyəcək.


Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}