Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları tutulub
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları tutulub. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 2 Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








