Bu dərmanla 11 xəstəliyi məhv edə bilərsiniz - Cəmi 70 qəpiyədir

 

Menovazin yəqin ki, bir çoxlarına tanışdır. Bu ucuz vasitə ilə baş və əzələ ağrılarını aradan qaldırmaq mümkündür.

Lakin menovazinin üstünlüyü bununla məhdudlaşmır. Bu maddə bir çox digər xəstəliklər zamanı də əvəzedilməz rol oynayır.
Şəffaflıq.az medicina.az-a istinadən menovazinin digər tətbiq sahələrini təqdim edir:

1. Angina

Angina zamanı boğaza menovazin çəkərək bağlayın. Zökəm zamanı da menovazini iyləmək xeyirli olur. Yaxşı olar ki, burnunuzun bir deşiyini bağlayaraq növbə ilə menovazinlə nəfəs alasınız.

2. Yuxusuzluq

Pambıq tamponu menovazində isladaraq ənsənizdən qulaqlarınıza qədər sürtün. Bu sizin yuxu dərmanı qəbul etmədən yatmağınıza kömək olacaq.

3. Süd vəzilərində ağrı

Süd vəzilərində olan ağrı zamanı yaxşı olar ki, döşlərinizə menovazin çəkəsiniz. Bu, soyuqdəyməni və ona bağlı olaraq narahatlıq hissini aradan qaldıracaq. Diqqət: xərçəng zamanı menovazindən istifadə etmək olmaz!

4. Varikoz

Vena damarlarının varikoz genişlənməsi zamanı ağrıları və şişkinliyi aradan qaldırmaq üçün menovazindən istifadə edin. Preparatı dairəvi hərəkətlərlə dabandan başlayaraq bütün ayaqlarınıza çəkə bilərsiniz.

5. İltihab

Yaraların iltihabı zamanı dezinfeksiya məqsədilə menovazindən istifadə edilə bilər.

6. Haymorit

Haymorit xəstəliyində menovazin ağrıları, şişkinliyi aradan qaldırır. Bunun üçün ağrı olan nahiyəyə menovazinlə yüngül masaj etmək lazımdır. Preparatın təsirini gücləndirmək üçün həmin nahiyəyə bir neçə qat tənzif parçası örtün.

7. Babasil

Bu heç də xoş olmayan, amma babasildən yaxa qurtarmağın ən effektiv yoludur. Baş barmağınıza bint dolayın, onu menovazində isladaraq anal dəliyə salın. Bu proseduru gündə 1 dəfə olmaqla 5 gün etsəniz, babasildən tamamilə yaxa qurtara bilərsiniz.

8. Herpes (dodaqların uçuqlaması)

Əgər dodaqlarınız uçuqlayıbsa, o zaman üzərinə menovazində isladılmış pambıq qoyun və ya menovazin mazı çəkin.

9. Soyuqdəymə

Öskürək zamanı sinənizə və kürəyinizə menovazin çəkərək yatın. 3-4 dəfə sonra öskürəyin kəsildiyini görəcəksiniz.

10. Radikulit

Radikulit zamanı ağrıyan nahiyəyə menovazin çəkin. Bu xəstənin vəziyyətini nisbətən yüngülləşdirəcək.

11. Oynaqlarda duz olduqda

Oynaqlarda duz yığıldığı zaman menovazini oynaqlarınıza çəkin. Bu, həm ağrını aradan qaldıracaq, həm də oynaqların duzlardan təmizlənməsinə səbəb olacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}