Müxbir canlı yayımda hərarəti yüksəlib yerə yıxıldı - ANBAAN GÖRÜNTÜ
Livanda xəbər kanalının müxbiri canlı yayım zamanı yerə yıxılıb.
Şəffaflıq.az xəbər verir ki, Əl-Cadeed telekanalının müxbiri ölkədə koronavirusa qarşı görülən profilaktik tədbirləri işıqlandırarkən onun qızdırması qalxıb və müxbir canlı yayımda yerə yıxılıb.
Həmin müxbirin koronavirusa yoluxduğu iddia edilsə də Əl-Cadeed telekanalının yaydığı açıqlamada müxbirdə koronavirusun aşkarlanmadığı bildirilib.
Xatırladaq ki, Livanda 20 nəfər bu virusa yoluxub, üç nəfər həyatını itirib.Metbuat.az
Xəbəri paylaş
Facebook-da paylaş