Gürcüstanda məktəblərdə vaxtından əvvəl tətil elan olundu

 

Gürcüstanda koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məktəblərdə yaz tətilinin başlanma vaxtı dəyişdirilib.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət qurumları arası Koordinasiya şurası qərar qəbul edib.

Qərara əsasən, tətil martın 9-u əvəzinə martın 2-dən etibarən başlayacaq və ayın 16-dək davam edəcək.

Şuranın digər qərarı ilə ictimai nəqliyat və uşaq bağçalarında dezinfeksiya tədbirləri gücləndiriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}