Kürdəmirdə səkkizotaqlı ev tamamilə yanıb
Kürdəmir rayonunda səkkizotaqlı fərdi yaşayış evi yanıb. Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 130 kv/m olan 8 otaqlı ev tamamilə yanıb. Hadisə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb. Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Xəbəri paylaş
Facebook-da paylaş








