Əsas Səhifə > Hadisə > Kürdəmirdə səkkizotaqlı ev tamamilə yanıb

Kürdəmirdə səkkizotaqlı ev tamamilə yanıb


4-12-2025, 13:00


Kürdəmir rayonunda səkkizotaqlı fərdi yaşayış evi yanıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus ikimərtəbəli, ümumi sahəsi 130 kv/m olan 8 otaqlı ev tamamilə yanıb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb.

Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.


Geri qayıt