Bakıda mağazada arvadını öldürməyə cəhddə təqsirləndirilən ərə cinayət işi açılıb
Bakıda mağazada arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən ər barəsində cinayət işi başlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, dekabrın 2-də Bakının Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq qadının əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








