Qusarda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb


Qusar rayonunda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Qusar rayonunun Urva kəndində baş verib.

Gəray Tariquliyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayevi vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}