Ağdərədə ötən həftə minaya düşərək xəsarət alan şəxsin son durumu məlum olub


Ağdərə rayonunda noyabrın 16-da minaya düşərək xəsarət alan şəxsin son durumu məlum olub.

Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirib.

Qeyd edilib ki, minaya düşən 1990-cı il təvəllüdlü kişinin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Xatırladaq ki, o, Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə noyabrın 16-da saat 13:20 radələrində tibb müəssisəsinə hospitalizasiya olunub.

Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}