Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb
Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib. Şəffaflıq.az xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində işləyən qəsəbə sakini - 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli dəzgahda qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub. Araşdırmalar aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








