Əsas Səhifə > Hadisə > Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb

Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb


Bu gün, 15:28


Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib.

Şəffaflıq.az xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində işləyən qəsəbə sakini - 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli dəzgahda qalıb.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.


Geri qayıt