Azərbaycan Basketbol Liqasında VII turun növbəti qarşılaşması baş tutacaq


Azərbaycan Basketbol Liqasında VII turun növbəti qarşılaşması baş tutacaq.

"Report"un məlumatına görə, A qrupunda "Şəki" evdə "Neftçi" ilə üz-üzə gələcək.

Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. "Şəki" hazırda 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb. 7 xala malik "Neftçi" isə dördüncüdür.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Lənkəran" "Sərhədçi"ni (83:78), "Naxçıvan" "Sumqayıt"ı (116:99) məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}