Cəlilabadda doqquz il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub
Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis və Penitensiar xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub. "O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub. Araşdırmalar davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








