Əsas Səhifə > Hadisə > Cəlilabadda doqquz il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub

Cəlilabadda doqquz il əvvəl itkin düşən qadının öldürüldüyü məlum olub


Bu gün, 13:48


Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis və Penitensiar xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub.

"O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.

Araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt