Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb
Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb. Şəffaflıq.az xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








