Əsas Səhifə > Hadisə > Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb

Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb


Bu gün, 11:10


Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb.

Şəffaflıq.az xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.

O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt