Qobustanda balıq tutan şəxslərin üzərinə torpaq qatı uçub, bir nəfər ölüb
Qobustanda 38 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Şəffaflıq.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb. Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
