Bakıda yataqxanada yanğın olub, bir nəfər xəsarət alıb
Bakıda yataqxanada yanğın olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonunda ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş
Facebook-da paylaş
