Bakıda avtoyuma məntəqəsində avtomobildən 8 min manatlıq qızıl oğurlanıb
Bakının Sabunçu rayonunda avtoyuma məntəqəsindən avtomobildən 8 min manatlıq qızıl oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə müraciət edib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Ə.Namazov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
