Samuxda ehtiyatsızlıqdan yanıq xəsarətləri alan qadın ölüb
Samux rayonunda ehtiyatsızlıqdan yanıq xəsarətləri alan qadın ölüb. Şəffaflıq.az-ın məlumatına görə, Samux rayon sakini, 1983-cü il təvəllüdlü S.Əliyeva iyulun 30-da evində ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb. Ağır halda xəstəxanaya yerləşdirilən qadın 6 gün sonra müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
