Ötən gün Azərbaycanda 9 silah 10 qumbara aşkarlanıb
Azərbaycanda avqustun 4-də 1 tapança, 8 tüfəng, 10 qumbara aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 1 patron darağı və 3766 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
