Bakıda moped avtomobilə çırpılıb, ölən var
Bakıda Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən "FORD" markalı avtomobillə toqquşub. Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Suraxanı polisi araşdırma aparır.
Xəbəri paylaş
Facebook-da paylaş
