Xaçmazda kişi avtomobil idarə edən zaman ürək tutmasından ölüb
Xaçmazda avtomobil daş səkiyə çırpılıb. Şəffaflıq.az xəbər verir ki, Yunusov Rövkət Qurban oğlu idarə etdiyi “QAZ 3302” markalı, 40-BH-723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Xaçmaz-Quba yolunun 1-ci kilometrində hərəkətdə olarkən ürək tutmasından vəfat edib. O, sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
