Astarada 55 yaşlı qadın qətlə yetirilib, gəlin şübhəli bilinir
Astarada qadın qətlə yetirilib. Şəffaflıq.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Kakolos kəndində gecə saatlarında baş verib. Belə ki, 1970-ci il təvəllüdlü Xalidə Manafova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının gəlini, 2004-cü il təvəllüdlü Ruhanə İmanovanın yeri müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən Ruhanə İmanovanın iki uşağı var.
Xəbəri paylaş
Facebook-da paylaş
