Sabirabadda bir nəfər kanalda batıb
Sabirabadda bir nəfər kanalda batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
