Culfada avtomobil ana və qızını vurub
Culfa rayonunda avtomobil iki piyadanı vurub Şəffaflıq.az-ın məlumatına görə, gecə saatlarında baş verən hadisə zamanı rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Rəhimov Naim Əlirza oğlu idarə etdiyi BMW markalı avtomobil ilə həmin kənd sakinləri -1981-ci il təvəllüdlü Kələntərova Tərifə Camal qızı və onun qızı, 2017-ci il təvəllüdlü Kələntərova Nur İlham qızını vurub. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. N. Kələntərovanın vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə təxliyyə olunub. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş
