Goranboyda bir ailə avtomobil qəzasına düşüb, ölənlər və xəsarət alanlar var
Goranboyda bir ailə avtomobil qəzasına düşüb. Şəffaflıq.az-ın məlumatına görə, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Ayşən Fərrux qızı Məmmədovanın idarə etdiyi "Hyundai" markalı avtomobil Goranboy rayon ərazisində idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücünün anası və qızı aldığı xəsarətdən hadisə yerində ölüblər. Sürücü və iki övladı - 2016-cı il təvəllüdlü Məmmədli Əsmər Samir qızı və 2021-ci il təvəllüdlü Məmmədli Əlixan Samir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
