Oğuzda meşəlik ərazidə üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
Oğuzda bədbəxt hadisə nəticəsində Qəbələ sakini ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Xalxal kəndində, meşə ərazisində qeydə alınıb. Qəbələ rayonu Abrıx kənd sakini, 1991-ci il təvəllüdlü Elnur Şümüd oğlu Mustafayev meşəlik ərazidə üzərinə ağac düşməsi nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
