Yasamalda məişət və təkər tullantıları yığılmış sahədəki yanğın söndürülüb
Bakı şəhəri, Yasamal rayonu ərazisində məişət və təkər tullantıları yığılmış sahədə baş vermiş yanğın söndürülüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata əsasən, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının genişlənməsinə imkan vermədən qısa müddətdə söndürüb.
Xəbəri paylaş
Facebook-da paylaş
