Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb


Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.

A Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb olunub.

Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlar davam etdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}