İsmayıllıda velosipedçinin vurduğu piyada ölüb
İsmayıllı rayonunda velosipedçinin iki həftə əvvəl vurduğu piyada həyatını itirib. Şəffaflıq.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyunun 11-də İsmayıllı şəhərində qeydə alınıb. Şəhər sakini Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini, 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub. Başından xəsarət alan S.Eyyubov yerləşdirildiyi xəstəxanada dünən həyatını itirib. Fakt araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş
