Əsas Səhifə > Hadisə > İsmayıllıda velosipedçinin vurduğu piyada ölüb

İsmayıllıda velosipedçinin vurduğu piyada ölüb


25-06-2025, 16:14


İsmayıllı rayonunda velosipedçinin iki həftə əvvəl vurduğu piyada həyatını itirib.

Şəffaflıq.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyunun 11-də İsmayıllı şəhərində qeydə alınıb.

Şəhər sakini Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini, 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.

Başından xəsarət alan S.Eyyubov yerləşdirildiyi xəstəxanada dünən həyatını itirib.

Fakt araşdırılır.


Geri qayıt