Həbsxanaya sümüyün içində narkotik keçirilmə cəhdinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Şəffaflıq.az-a Penitensiar Xidmətindən məlumat verilib. Həbs olunmuş şəxs Orxan Məsim oğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd bükülüdə 1,137 qram heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
