Biləsuvarda minik avtomobili ilə mikroavtobus toqquşub, 4 qadın xəsarət alıb


21.06.2025-cü il tarixində saat 14:50 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

15:32

Biləsuvar rayonunda minik maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var.

Şəffaflıq.az-ın Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzinin M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı "Hyundai" markalı minik avtomobili "Qazel" markalı mikroavtobusuna çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar rayon xəstəxanasına aparılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}