Xaçmazda gənc oğlan dəm qazından boğularaq ölüb
Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb. "Şəffaflıq.az"-un Şimal bürosunun məlumatına görə, hadisə Sara Xatun küçəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb. İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb. A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
