Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun seçki qərargahına ölkənin tanınmış siyasi xadimləri, ziyalıları, siravi vətəndaşlar, həmçinin media mənsubları dəstək məqsədilə gəlirlər. Görünən budur ki, R.Arifoğlunun apardığı seçki kampaniyası ictimaiyyətdə böyük maraq yaradıb. Bir çox müşahidəçilərə görə, media sahəsində bir çox ilklərə imza atan baş redaktor bu dəfə ölkədə tamamilə fərqli seçki kompaniyasının keçirilməsi ilə daha bir ilkə imza atır.
Bu gün R.Arifoğluna dəstək məqsədilə
Rubrika.az saytının rəhbəri Nicat Mahmudov və PİA.az saytının baş redaktoru Azər Qaramanlı qərargaha gələrək Rauf bəyə seçkilərdə uğurlar arzuladılar, öz dəstəklərini ifadə etdilər. Onun uğurunu bütün media cameəsinin uğuru hesab edən qonaqlar R.Arifoğlunun qələbəsinə inandıqlarını bildirdilər. Sonda qonaqlarla xatirə şəkli çəkdirildi.
Facebook-da paylaş