Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var


Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes", "Niva", həmçinin inkassator maşınlarının toqquşması nəticəsində "Niva"nın sürücüsü, 1959-cu il təvəllüdlü Şəmsəddin Şahmur oğlu Yunusov ölüb.

Qəza zamanı 6 nəfərin xəsarət aldığı, onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}