Əsas Səhifə > Hadisə > Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var13-03-2025, 16:10 |
Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes", "Niva", həmçinin inkassator maşınlarının toqquşması nəticəsində "Niva"nın sürücüsü, 1959-cu il təvəllüdlü Şəmsəddin Şahmur oğlu Yunusov ölüb. Qəza zamanı 6 nəfərin xəsarət aldığı, onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilib. Geri qayıt |