Azərbaycanda daha bir NAZİRLİK LƏĞV EDİLDİ - FƏRMAN
Şəffaflıq.az xəbər verir ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrilib.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin layihələrini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələlər həll olunmalıdır.
Facebook-da paylaş