Bakıda avtomobil iki piyadanı vurub, biri ölüb


Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Şəffaflıq.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Nəzir Əlilli idarə etdiyi "Mercedes ML" markalı avtomobillə yolu keçən piyadalar-Sadiq Manafov və Rauf Qurbanoviçi vurub.

Nəticədə R. Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}