Əsas Səhifə > Hadisə > Bakıda avtomobil iki piyadanı vurub, biri ölüb

Bakıda avtomobil iki piyadanı vurub, biri ölüb


15-10-2024, 10:09


Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Şəffaflıq.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Nəzir Əlilli idarə etdiyi "Mercedes ML" markalı avtomobillə yolu keçən piyadalar-Sadiq Manafov və Rauf Qurbanoviçi vurub.

Nəticədə R. Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.


Geri qayıt