Gömrük sərhədini keçən fiziki şəxslərlə bağlı qaydaya DƏYİŞİKLİK
Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası 2 avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişikliklər edib.
Şəffaflıq.az-ın məlumatına görə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış fiziki şəxslərə gömrük nəzarəti formaları tətbiq ediləcək.
Qaydaya edilən əlavəyə görə, gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir. Eyni zamanda, müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.
Facebook-da paylaş