Sumqayıtda avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb


Sumqayıtda bir neçə gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Şəffaflıq.az məlumat verir ki, hadisə sentyabrın 30-da Səməd Vurğun küçəsində qeydə alınıb.

Yolu keçən piyada, 1978-ci il təvəllüdlü Məzahir Şamil oğlu Dünyamalıyevi avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}